“Neftçi”nin stadionuna Banişevskinin adı verilir? - AÇIQLAMA

8-ci km stadionunun “Bakcell Arena” adlandırılması ilə bağlı AFFA və “Bakcell” arasında müqavilənin müddəti başa çatıb.
BAKU.WS "oxu.az"a istinadən xəbər verir ki, tərəflər arasında hələlik yeni anlaşma yoxdur. Bu arada sosial şəbəkələrdə arenaya “Neftçi”nin və Azərbaycan futbolunun əfsanəsi Anatoli Banişevskinin adının veriləcəyi ilə bağlı müzakirələr aparılır.
Məsələ ilə bağlı klubun mövqeyini öyrəndik. “Neftçi”nin mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev saytımıza stadionun AFFA-nın balansında olduğunu, oradan icarə əsasında istidadə etdiklərini bildirib. Bu səbəbdən “ağ-qaralar”ın sözçüsü məsələ ilə bağlı hər hansı məlumat verə bilməyəcəyini söyləyib.
AFFA-nın mətbuat xidmətinin rəhbəri Firuz Abdulla isə stadionun adı ilə bağlı yenilik olmadığını qeyd edib:“Kiminsə adının verilməsi məsələsi də hazırda gündəmdə deyil”, - deyə F.Abdulla söyləyib.
Maraqlıdır ki, stadionun adı hələ də oyunların protokollarında “Bakcell Arena” kimi qeyd olunur. Bir müddət öncə “Neftçi”nin arenanı öz balansına keçirəcəyi ilə bağlı xəbərlər yayılıb.
Oxşar xəbərlər
Azərbaycanın əfsanəvi futbolçusu Anatoli Banişevskinin doğum günüdür
Bu gün Azərbaycanın əfsanəvi futbolçusu Anatoli Banişevskinin doğum günüdür. BAKU.WS xatırladır ki, A.Banışevski 1946-cı il fevralın 23-də Bakıda kökü Polşaya g...