"Neftçi"nin Moskva "Spartak"ı ilə keçirəcəyi matçın hakimləri müəyyənləşib
23
mar
2024
12:53
"Neftçi"nin bu gün Moskva "Spartak"ı ilə keçirəcəyi yoxlama matçının hakimləri müəyyənləşib.
"Neftçi"nin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, "Neftçi Arena"da baş tutacaq qarşılaşmanın baş hakimi Rauf Cabbarov olacaq.
Ona Namiq Hüseynov, Kamran Bayramov və Kamranbəy Rəhimov kömək edəcəklər. VAR hakimləri isə Cavid Cəlilov ilə Müslüm Əliyev olacaqlar.
Qarşılaşma Moskvada baş verən terror aktı ilə əlaqədar 1 dəqiqəlik sükutla başlayacaq.
Qeyd edək ki, "Neftçi" - "Spartak" matçı saat 18:00-da başlayacaq.
Oxşar xəbərlər
“Qarabağ” - “Neftçi” oyununun hakimləri açıqlanıb
Futbol üzrə Azərbaycan Premyer Liqasında XVII turun təyinatları bəlli olub. BAKU.WS Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, FIFA referi...