"Neftçi"nin kapitanı: "Artıq çempionata köklənməliyik"
Yeniliklərdən dərhal xəbərdar olun
"Bu dəfə sizləri sevindirə bilmədiyimizə görə çox üzgünük".
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu "Neftçi"nin kapitanı Emin Mahmudov özünün feysbuk səhifəsində İsraildə Hayfa "Makkabi"sinə 0:4 hesabı ilə uduzduqları UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu barədə fikirlərini bölüşərkən yazıb.
29 yaşlı yarımmüdafiəçi artıq ölkə çempionatına köklənməli olduqlarını vurğulayıb: "Yenidən daha güclü, daha uğurlu olmaq üçün sizlərin dəstəyinə ehtiyacımız var. Birlikdə bacaracağıq"!
Qeyd edək ki, "Makkabi" klubuna uduzan "Neftçi" avrokuboklarda mübarizəni dayandırıb.
Oxşar xəbərlər
Samir Abbasov: "Neftçi" avrokuboklarda oynamağa hazır deyildi"
"İlk dəqiqələrdən təhlükəni hiss etdik. Qapımız qarşısında qol epizodu yaşandı. Yusuf Lavalın yoxluğu da çıxışımıza təsir etdi. Bundan başqa, 3 nəfərin oyundan...