"Neftçi"ni çətin rəqib gözləyir - 31

Neftçini çətin rəqib gözləyir - 31
İdman 159

"Neftçi"nin UEFA Konfrans Liqasının III təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.

BAKU.WS xəbər verir ki, "ağ-qaralar" bu raundda Avstriyanın "Rapid" (Vyana) klubu ilə üz-üzə gələcək.

"Rapid" Polşanın "Lexiya" (Qdansk) kollektivini turnirdən kənarlaşdırıb.

Qeyd edək ki, "Rapid" klubu Vyanada yerləşən Avstriyanın peşəkar futbol klubudur. 1898-ci ildə yaradılıb. Ölkənin ən titullu klubudur. Paytaxt komandasının Avstriya çempionatında 32, ölkə kubokunda 14, Mitropa kubokunda 2 qalibiyyəti var.

Klub ev oyunlarını "Allianz" stadionunda keçirir. Stadionun tamaşaçı tutumu 28 min nəfər təşkil edir.

Hazırda "Rapid"in nüfuzlu Almaniya portalı "Transfermarket"dəki ümumi dəyəri 31,68 milyon avro göstərilib. Klubun ən bahalı futbolçusu isə Marko Qrildir. Onun transfer dəyəri 5 milyon avrodur.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər