“Neftçi” üç milyon avro dəyəri olan hücumçu ilə müqavilə imzaladı
01
avq
2023
15:11
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
“Neftçi” heyətini yeni futbolçu ilə gücləndirib.
Klubdan verilən məlumata görə, braziliyalı sol vinger Andre Şinyaşiki ilə iki illik müqavilə bağlanıb.
Mərkəz hücumçusu mövqeyində də oynayan 26 yaşlı futbolçu komandanın heyətində 9 nömrəli formanı geyinəcək.
Şinyaşiki son olaraq ABŞ-də “Şarlott” klubunun formasını geyinib. “Transfermarkt” portalına görə, onun dəyəri üç milyon avrodur.
Oxşar xəbərlər
“Neftçi” MLS-də ilin ən yaxşı yeni oyunçusu ilə danışıqlar aparır
Bakının “Neftçi” futbol klubu ABŞ-də Böyük Futbol Liqasında (MLS) təmsil olunan “Şarlott” klubunda çıxış edən braziliyalı hücumçu Andre Bava Şinyaşiki heyətinə...