“Neftçi” MLS-də ilin ən yaxşı yeni oyunçusu ilə danışıqlar aparır

Bakının “Neftçi” futbol klubu ABŞ-də Böyük Futbol Liqasında (MLS) təmsil olunan “Şarlott” klubunda çıxış edən braziliyalı hücumçu Andre Bava Şinyaşiki heyətinə qatmağa hazırlaşır.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, Braziliyadan əlavə Yaponiyanın pasportuna sahib olan Şinyaşiki artıq “ağ-qaralar”ın düşərgəsinə qoşulmaq üçün ilkin razılığını verib.
Qeyd edək ki, 26 yaşlı yarımmüdafiəçi Braziliyanın San-Paulu şəhərində anadan olub. Şinyaşikinin valideyinlərindən biri yapondur.
O, 18 yaşında Denver Universitetində təhsil almaq üçün ABŞ-yə köçüb və burada peşəkar futbolla məşğul olmağa başlayıb.Futbolçunun ilk peşəkar klubu “Kolorado Repidz” olub.
2022-ci ildə braziliyalı “Şarlott” klubuna transfer olub.
Futbolçu “Şarlott”un heyətində debüt matçında Devid Bekhemin sahibi olduğu “İnter Mayami” komandasına qol vuraraq adından söz etdirə bilib.
Beləliklə, braziliyalı Matheus Saldanya “ağ-qaralar”ın düşərgəsindən Belqradın “Partizan”ına yollandıqdan sonra belə bir futbolçunun gəlişi “Neftçi”nin hücum xəttini gücləndirəcək.
Oxşar xəbərlər
"Neftçi"dən legioneri ilə bağlı bəyanat: İcazəsiz məşqdən yayınan futbolçu klubdan uzaqlaşdırıldı
“Neftçi” futbolçusu Mateus Saldanyanı komandadan xaric edib. Bu barədə klub bəyanat yayıb: “Neftçi” PFK-nın 2024-cü ilin yanvarınadək icarə müqaviləsi olan futb...
