"Neftçi" "Sabah"ı məğlub edib liderliyə yüksəldi

Neftçi Sabahı məğlub edib liderliyə yüksəldi
İdman 70

Futbol üzrə Azərbaycan Premyer Liqasında XII turun son oyunu keçirilib.

"Report"un məlumatına görə, "Bank Respublika Arena"da "Sabah" və "Neftçi" komandaları üz-üzə gəlib.

FIFA referisi Əliyar Ağayevin idarə etdiyi görüş qonaqların qələbəsi ilə yekunlaşıb - 2:0. Hər iki qolu Namik Ələsgərov vurub.

25 yaşlı yarımmüdafiəçi 45+3-cü dəqiqədə penaltini dəqiq yerinə yetirib. 65-ci dəqiqədə isə o, dubl edib.

Bu qələbə sayəsində xalını 21-ə çatdıran "Neftçi" liderliyə yüksəlib. "Sabah" isə 10 xalla sonuncu pillədə qalıb.

Qeyd edək ki, turun ilk 3 oyununda "Qəbələ" evdə "Qarabağ"la 1:1, "Zirə" "Sumqayıt"la 2:2 hesablı heç-heçə edib, Keşlə" isə "Səbail"ə uduzub - 0:2.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

“Neftçi” UEFA Avropa Liqasında mübarizəni dayandırdı

“Neftçi” UEFA Avropa Liqasında mübarizəni dayandırdı

UEFA Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində Bakı Olimpiya Stadionunda keçirilən “Neftçi” - “Qalatasaray” oyunu başa çatıb. BAKU.WS xəbər verir ki,...

973 İdman 22:04 17 sentyabr 2020

Son xəbərlər