“Neftçi” “Rapid”i məğlub etsə, hansı klubla qarşılaşacaq?
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün Konfrans Liqasında pley-off mərhələsinin püşkü atılacaq.
BAKU.WS "oxu.az"a istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 16:00-da başlayacaq tədbir UEFA-nın mənzil-qərargahında təşkil olunacaq.
Turnirdə Azərbaycanın hazırkı yeganə təmsilçisi “Neftçi”nin də potensial rəqibi müəyyənləşəcək. 3-cü təsnifat mərhələsinin “Neftçi” - “Rapid” (Vyana, Avstriya) cütü “səpələnməmişlər” səbətində yer alacaq. Qalib pley-off mərhələsində aşağıda adları çəkilən komandalardan biri ilə qarşılaşacaq:
“Nitsa” (Fransa)
“Hayduk” (Split, Xorvatiya) - “Vitoriya” (Portuqaliya) cütünün qalibi
“Vaduts” (Lixtenşteyn) - “Konyaspor” (Türkiyə) cütünün qalibi
“Vikinq” (Norveç) - “Sliqo Rovers” (İrlandiya) cütünün qalibi
Pley-off mərhələsinin ilk oyunu avqustun 18-də, cavab matçı isə avqustun 25-də matçı keçiriləcək. “Neftçi”nin “Rapid”lə ilk görüşü avqustun 4-də evdə, cavab qarşılaşması avqustun 11-də səfərdə olacaq.
Oxşar xəbərlər
Azərbaycan klublarının Konfrans Liqasındakı potensial rəqibləri azalıb
Azərbaycan klublarının UEFA Konfrans Liqasının III təsnifat mərhələsindəki potensial rəqiblərinin sayı azalıb. BAKU.WS xəbər verir ki, Avropa futbol qurumu iyul...