“Neftçi” Qara Qarayevə dəstək paylaşımı edib - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
“Neftçi” klubunun rəsmi instaqram hesabı Qara Qarayevə dəstək məqsədilə paylaşım.
BAKU.WS xəbər verir ki, paylaşımda deyilir:
“Gedilən yolun da ağı, qarası var. Eynən formamız kimi. Önəmli olan ağ-qara günündə bu formanın haqqını vermək və çiyin-çiyinə dayanmaqdır”.
Xatırladaq ki, 2 aprel tarixində Azərbaycan Kubokunun yarımfinalında keçirilən “Neftçi” – “Qarabağ” qarşılaşması Ağdam təmsilçisinin 0:4 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunun ardından “Qarabağ”ın “İmarət” fan klubu ilə Qara Qarayev arasında gərginlik yaşanıb.
Onu da qeyd edək ki, komandaların cavab qarşılaşması aprelin 24-də keçiriləcək. Qalib komanda "Qəbələ" - "Zirə" cütündəki üstün tərəflə üz-üzə gələcək.
Oxşar xəbərlər
Qara Qarayevlə "Qarabağ" azarkeşləri arasında GƏRGİNLİK - "Şərəfi varsa, məni yığsın!" - VİDEO
Ötən gün baş tutan "Neftçi” - “Qarabağ” qarşılaşmasında “İmarət” fan klubu ilə Qara Qarayev arasında gərginlik yaşanıb. BAKU.WS-in məlumatına görə, azarkeşlər k...