"Neftçi" konqolu futbolçusu ilə yollarını ayırıb

Neftçi konqolu futbolçusu ilə yollarını ayırıb
İdman 79

“Neftçi” klubu qış fasiləsində ilk ayrılığı açıqlayıb.

BAKU.WS klubun rəsmi saytına istinadən xəbər verir ki, hücumçu Prins İbara yola salınıb.

Konqo millisinin üzvü ilə müqaviləyə qarşılıqlı razılıqla xitam verilib. “Ağ-qaralar” onu mövsümün əvvəlində Belçikanın “Beerşot” klubundan birillik icarəyə götürmüşdü. Lakin rəhbərlik sözləşmə müddətinin bitməsini gözləməyib.

Qeyd edək ki, Prins İbara “Neftçi”nin heyətində 8 oyunda meydana çıxıb, 1 qol vurub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər