"Neftçi" ilk yoxlama oyununu Türkiyə klubuna qarşı keçirəcək - YENİLƏNİB
Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olacaq "Neftçi"nin ilk yoxlama oyunu yanvarın 6-da olacaq.
BAKU.WS report-a istinadən xəbər verir ki, paytax təmsilçisi Türkiyənin 1-ci liqasında çıxış edən “Erzurumspor”la üz-üzə gələcək.
Qarşılaşma yanvarın 6-da keçiriləcək.
Qeyd edək ki, sabah Türkiyəyə yollanacaq "Neftçi"nin hazırlıq prosesi yanvarın 14-də başa çatacaq. Daha əvvəl Albaniya mətbuatı "ağ-qaralar"ın bu ölkənin "Partizani" kollektivi ilə görüşəcəyini yazmışdı.
***11:10
Yanvarın 4-də Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışına start verəcək "Neftçi"nin yoxlama oyununda üz-üzə gələcəyi komandalardan biri dəqiqləşib.
BAKU.WS report-a istinadən xəbər verir ki, "ağ-qaralar" Albaniyanın "Partizani" kollektivi ilə üz-üzə gələcək.
Qarşılaşma yanvarın 9-da gerçəkləşəcək.
Qeyd edək ki, "Neftçi"nin hazırlıq prosesi yanvarın 14-dək davam edəcək. Paytaxt təmsilçisi bu ölkədə iki yoxlama matçı keçirməyi planlaşdırır.
Oxşar xəbərlər
Konfrans Liqası: "Sabah" penaltilər seriyasında məğlub olaraq turnirlə vidalaşıb - YENİLƏNİB - 9
"Sabah" UEFA Konfrans Liqasının III təsnifat mərhələsində cavab oyununa çıxıb. Murad Musayevin baş məşqçi olduğu kollektiv Serbiyada "Partizan"ın qonağı olub. Q...