“Neftçi” Tbilisidən qələbə ilə dönür - VİDEO/ YENİLƏNİB

“Neftçi” Tbilisidən qələbə ilə dönür - VİDEO/ YENİLƏNİB
Video
İdman 237

“Neftçi” 7 il sonra ilk dəfə çıxdığı Çempionlar Liqası oyunundan qələbə ilə ayrılıb.

BAKU.WS "Oxu.az"a istinadən xəbər verir ki, ÇL-nin birinci təsnifat mərhələsinin ilk oyununda səfərdə Tbilisi “Dinamo”su ilə qarşılaşan paytaxt təmsilçisi 2:1 hesablı qələbə qazanaraq həm uzun müddət sonra Avropanın ən nüfuzlu klub turnirində qələbəyə sevinib, həm də evdə keçirəcəyi cavab oyunu öncəsi önəmli üstünlük qazanıb.

“Neftçi”nin heyətində Namiq Ələskərov və Emin Mahmudov fərqlənib.

***

21:24

“Neftçi” yenidən hesabda önə keçib.

Qarşılaşmanın 56-cı dəqiqəsində Emin Mahmudov özünə qarşı edilmiş kobudluqdan sonra təyin edilmiş penaltini ikinci cəhddə qola çevirib.

Belə ki, onun ilk zərbəsini gürcü qapıçı tutmuşdusa, hakim qapıçının oyun qaydalarını pozduğunu əsas gətirərək zərbəni təkrarladıb.

Kapitan bu dəfə dəqiq olub.

***

20:53

“Dinamo” - “Neftçi” oyununda hesab bərabərdir.

Qarşılaşmanın 23-cü dəqiqəsində komandamızın hücumçusu Namiq Ələskərov uzaqdan möhtəşəm aşırma zərbə ilə "Neftçi"ni səfərdə önə keçirdi.

Matçın 36-cı dəqiqəsində isə Maruşiç komandasının bərabərlik qolunu vurub.

***

20:04

Azərbaycan çempionu “Neftçi” Çempionlar Liqasının I təsnifat mərhələsində ilk oyununa çıxıb.

Rəqib Tbilisini təmsil edən “Dinamo” klubudur.

Oyunda start fiti səslənib. Komandalar meydana aşağıdakı “11-lik”lə çıxıblar:

“Dinamo”: 30. Roin Kvasxvadze, 6. Bakar Kardava, 8. Milan Radin, 9. Giorgi Qabedava, 12. Levan Xarabadze, 15. Giorgi Papava (kap.), 19. Simon Qbeqnon, 21. Giorgi Kutsiya, 22. Fabian Sporkslede, 32. Zoran Maruşiç, 39. Saba Xvadagiani

Ehtiyat oyunçular: 13. Omar Migineişvili, 3. Aleksandre Kalandadze, 5. Davit Koburi, 17. Tornike Axvlediani, 18. Barnes Osei, 24. Nodar İaşvili, 25. Tornike Morçiladze, 27. Anzor Mekvabişvili, 38. Nodari Kavtaradze

Baş məşqçi: Kaxaber Tsxadadze

“Neftçi”: 30. Aqil Mammadov, 3. Mamadu Mboc, 6. Voislav Stankoviç, 7. Namik Ələskərov, 8. Emin Mahmudov (kap.), 10. Sezar Meza Kolli, 11. Harramiz Suareş, 20. Mert Çelik, 24. Yusuf Laval, 29. Sabir Buqrin, 36. Mamadu Kane

Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 94. Əlirza Müştəbazadə, 19. Fəhmin Muradbəyli, 21. İsmayıl Zülfüqarlı, 22. Mirabdulla Abbasov, 26. Ömər Buludov, 37. Vüsal Əsgərov, 70. Asim Əlizadə, 72. Emin Zamanov, 97. Xəyal Nəcəfov

Baş məşqçi: Samir Abasov

Oxşar xəbərlər

“Neftçi” UEFA Avropa Liqasında mübarizəni dayandırdı

“Neftçi” UEFA Avropa Liqasında mübarizəni dayandırdı

UEFA Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində Bakı Olimpiya Stadionunda keçirilən “Neftçi” - “Qalatasaray” oyunu başa çatıb. BAKU.WS xəbər verir ki,...

956 İdman 22:04 17 sentyabr 2020

Son xəbərlər