"Neftçi" Emin Mahmudov problemini həll etdi
Yeniliklərdən dərhal xəbərdar olun
"Neftçi" yarımmüdafiəçi Emin Mahmudovla yeni müqavilə imzalayacaq.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, tərəflər arasında uzun müddətdir, davam edən danışıqlar müsbət nəticə verib.
Azərbaycan millisinin üzvü yaxın günlərdə yeni sözləşməni imzalayacaq.
Xatırladaq ki, 2018-ci ilin sentyabrından "ağ-qaralar"ın formasını geyinən 31 yaşlı müdafiəçinin müqavilə müddəti başa çatıb. Tərəflər maliyyə məsələlərində ortaq məxrəcə gələ bilmədiyi üçün danışıqlar uzanırdı. Bu səbəbdən Mahmudov "Neftçi"nin Rusiyanın Sanki-Peterburq şəhərindəki təlim-məşq toplanışına gedən heyətinə daxil edilməyib.
Qeyd edək ki, E.Mahmudov ötən mövsüm Azərbaycan Premyer Liqasında 37 oyun keçirib, 17 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.
Oxşar xəbərlər
"Qızıl top"u heç vaxt ala bilməyən futbol ulduzları - Bekhem, Lempard, İnyesta...
"France Football" nəşrinin təsis etdiyi "Qızıl top" mükafatının bu mövsüm qalibi "Real"ın və Fransa millisinin üzvü Kərim Benzema olub. Ancaq futbol dünyasının...