“Neftçi” “Beşiktaş”la görüşür? - RƏSMİ AÇIQLAMA
Yeniliklərdən dərhal xəbərdar olun
“Türkiyə bizim qardaş ölkəmizdir. Oradakı istənilən klubla yoldaşlıq görüşü keçirməyə daim hazırıq”.
Bunu İstanbulun “Beşiktaş” klubu ilə görüş keçirəcəyi barədə xəbər yayılan Bakının “Neftçi” komandasının mətbuat katibi Emin Əfəndi Oxu.az-a açıqlamasında bildirib.
O bildirib ki, mediada yayılan xəbərlər doğru deyil:
“Neftçi”-“Beşiktaş” oyunu ilə bağlı hansısa bir razılıq olarsa, ilk xəbəri biz özümüz mediaya açıqlayacağıq”.
Qeyd edək ki, “Neftçi” ilə “Beşiktaş” 2023-cü ildə UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsində üz-üzə gəlmişdilər.
Oxşar xəbərlər
Konfrans Liqası: "Sabah" penaltilər seriyasında məğlub olaraq turnirlə vidalaşıb - YENİLƏNİB - 9
"Sabah" UEFA Konfrans Liqasının III təsnifat mərhələsində cavab oyununa çıxıb. Murad Musayevin baş məşqçi olduğu kollektiv Serbiyada "Partizan"ın qonağı olub. Q...