Nazir Avropa çempionlarını qəbul etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün gənclər və idman naziri Fərid Qayıbov taekvondo üzrə gənclər arasında Avropa birinciliyinin qalibləri və onların məşqçiləri ilə görüşüb.
BAKU.WS nazirliyin yaydığı məlumata istinadən xəbər verir ki, görüşdə Bosniya Herseqovinada keçirilmiş qitə birinciliyində çempion olmuş Səyyad Dadaşov (51 kq) və Zemfira Həsənzadə (42 kq), həmçinin bürünc medalçı Pünhan Mürsəlov (45 kq) iştirak edib.
Nazir Fərid Qayıbov ölkəmizi layiqincə təmsil etmiş gənc idmançılarımızı təbrik edib, onlara qarşıdakı yarışlarda uğurlar arzulayıb.
Qeyd edək ki, görüşdə Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidentləri Nağı Səfərov və Niyaməddin Paşayev, gənclərdən ibarət yığma komandanın baş məşqçisi Məmməd Abdullayev və məşqçi Zahid Məmmədov da iştirak edib.
Oxşar xəbərlər
“Möhtəşəm qələbə sevincini yaşadan idmançılarımızı təbrik edirəm” - Mehriban Əliyeva
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva yunan-Roma güləşi üzrə milli komandanın üzvlərini təbrik edib. BAKU.WS xəbər verir ki, təbrik mesajı Bir...