Namiq Abdullayev millinin baş məşqçisi vəzifəsindən istefa verdi
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün Azərbaycan Güləş Federasiyasının ofisində iclas keçirilib.
BAKU.WS xəbər verir ki, Namiq Abdullayev Azərbaycan Güləş Federasiyasının İcraiyyə Komitəsinin üzvü kimi iş yükünün artması, regionlarda güləşin inkişafı üçün layihələrin həyata keçirilməsi və ümumilikdə Azərbaycanda sərbəst güləşin tərəqqisi istiqamətində əlaqələndirici funksiyanın yerinə yetirilməsi ilə bağlı olaraq baş məşqçi vəzifəsindən ayrılıb.
Bu vəzifəyə yığma komandanın sabiq üzvü Xetaq Qazyumov təyin edilib.
Qadın güləşi üzrə milli komandanın da baş məşqçi vəzifəsində dəyişiklik edilib. 2021-ci ildən komandaya rəhbərlik edən Rövşən Umudov vəzifəsindən ayrılıb.
Bu gün Azərbaycan Güləş Federasiyasının (AGF) vitse-prezidenti Namiq Əliyev tərəfindən daha öncə sərbəst və qadın güləşi üzrə yığma komandalarımızı çalışdırmış Semyon Çterev baş məşqçi kimi kollektivə təqdim edilib.
Oxşar xəbərlər
İlqar Rəhimov yenidən Milli Paralimpiya Komitəsinin prezidenti seçilib - FOTO
Milli Paralimpiya Komitəsinin (MPK) video-konfrans vasitəsilə Ümumi yığıncağı keçirilib. MPK-dan BAKU.WS-ə verilən məlumata görə, qurumun prezidenti İlqar Rəhim...