Musa Qurbanlının viza problemi həll edildi - Sabah oynaya bilər

Musa Qurbanlının viza problemi həll edildi - Sabah oynaya bilər
İdman 93

İsveçin “Yurqarden” klubuna transfer olunan Azərbaycan millisinin hücumçusu Musa Qurbanlının işçi vizası problemi həll edilib.

BAKU.WS xəbər verir ki, bu barədə klubun idman direktoru Bosse Anderson qafqazinfo-ya məlumat verib.

O bildirib ki, Musa ölkə çempionatının 17-ci turunda keçiriləcək “Elfsborq”la mərkəzi matçda oynamağa hazırdır: “Məşqçinin şans verəcəyi halda Qurbanlı meydana çıxacaq”.

Qeyd edək ki, iyulun 22-i baş tutacaq sözügedən görüş Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər