Musa Qurbanlı İsveçin "Yurqorden" komandasında ilk oyununa çıxıb
22
iyl
2023
21:21
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan millisinin futbolçusu Musa Qurbanlı İsveçin "Yurqorden" komandasında ilk oyununa çıxıb.
"Report" xəbər verir ki, gənc forvard İsveç Allsvenskanının XVI turunda “Elfsborq”a qarşı oyunda debüt edib. O, 58-ci dəqiqədə Coel Asoronu əvəzləyib.
Hazırda matçda üstünlük rəqib klubdadır, “Yurqorden” 0:4 hesabı ilə məğlub durumdadır.
Qeyd edək ki, Musa Qurbanlı "Yurqorden"lə 3 illik müqavilə imzalayıb. O, son olaraq "Qarabağ"ın uğurları üçün çalışıb.
Oxşar xəbərlər
Musa Qurbanlı İsveç klubunda ilk məşqinə çıxdı - FOTO
Azərbaycan millisinin futbolçusu Musa Qurbanlı İsveçin "Yurqorden" klubunda ilk məşqinə çıxıb. Bu barədə klubun rəsmi feysbuk hesabı paylaşım edib. "Yurqorden"...