Musa Qurbanlı poker etdi, "Qarabağ" rəqibini darmadağın etdi - VİDEO

Musa Qurbanlı poker etdi, Qarabağ rəqibini darmadağın etdi - VİDEO
Video
İdman 351

Futbol üzrə Azərbaycan Premyer Liqasında VII tura yekun vurulub.

Günün ikinci matçında "Qarabağ" "Zirə"nin qonağı olub.

Zirə İdman Kompleksinin stadionundakı qarşılaşma "köhlən atlar"ın 7:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Görüşdə hesabı meydan sahibləri açıb. Coşqun Diniyev 34-cü dəqiqədə fərqlənib. Ağdam təmsilçisinin qollarını 44-cü dəqiqədə Toral Bayramov, 56, 60, 79 və 85-cü dəqiqələrdə Musa Qurbanlı, 64-cü dəqiqədə Kadi Borges, 68-ci dəqiqədə isə Ramil Şeydayev vurub.

Musa Qurbanlı cari mövsüm bir matçda 4 qol vuran ilk oyunçu olub.

Rəqiblərindən bir oyun az keçirən "Qarabağ" xallarının sayını 18-ə yüksəldib və "Neftçi"yə çatıb. Ağdam təmsilçisi rəqiblərinə nisbətən bir oyun az keçirib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər