Mourinyodan gözlənilməz Arda Gülər həmləsi

Mourinyodan gözlənilməz Arda Gülər həmləsi
İdman 53

Bu mövsüm "Real Madrid"in heyətində uğurlu startla yadda qalmayan Arda Gülər üçün sürpriz vəziyyət yaranıb.

BAKU.WS xəbər verir ki, "Fənərbağça"nın baş məşqçisi Joze Mourinyonun gənc ulduzu icarəyə götürdüyü iddia edilib.

Qeyd edək ki, Arda Gülər mövsümə yaxşı başlaya bilməyib. Bu mövsüm meydana çıxdığı 8 matçın 3-də ilk 11-də olan gənc ulduz ümumilikdə 257 dəqiqə oynaya bilib.

İspan mətbuatında yer alan xəbərə görə, "Real Madrid" rəhbərliyi yanvar ayına kimi Ardaya göz dikib.

Ulduz futbolçunun aralıq transfer dövrünə qədər gözləntiləri qarşılaya bilməsə, komandanı icarə əsasında tərk edə biləcəyi irəli sürülüb.

"Fənərbağça"nın baş məşqçisi Joze Mourinyonun fasilə zamanı gənc ulduzu icarəyə götürmək üçün "Real"ın prezidenti Florentino Pereslə əlaqə saxladığı iddia edilib.

Digər tərəfdən, Arda Gülərin kifayət qədər oyun vaxtı ala bilmədiyindən narazı olduğu və vəziyyətin belə davam edəcəyi təqdirdə komandadan icarə əsasında ayrılmaq istədiyi bildirilib.

Xatırladaq ki, ötən il "Fənərbağça" klubu 18 yaşlı futbolçusu Arda Güleri "Real Madrid"ə satıb.

Oxşar xəbərlər

Son xəbərlər