"Molde"nin baş məşqçisi "Qarabağ"la oyundan danışdı

"Oyunumuzun neytral meydanda təşkil ediləcəyinə ümidvaram. O halda biz bərabər şərtlər altında olacağıq".
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Norveç "Molde"sinin baş məşqçisi Erlinq Moe "Qarabağ"la keçirəcəkləri Çempionlar Liqasının III təsnifat mərhələsinin oyunu barədə danışarkən deyib.
50 yaşlı mütəxəssis neytral meydanda oynamalarının komandası üçün müsbət hal olacağını bildirib: "İstənilən halda, rəqib meydanında oynamamaq böyük üstünlükdür".
Qeyd edək ki, püşkə əsasən, "Qarabağ" - "Molde" matçı sentyabrın 16-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilməlidir. Lakin "Molde" rəhbərliyi Norveçdə Şengen zonası ölkələrindən qayıtdıqdan sonra 10 günlük karantinə alınma qaydasının tətbiq olunacağını əsas gətirərək matçın neytral ölkədə təşkilini təklif edib. "Qarabağ" klubu bununla razılaşmayıb. Yekun qərarı UEFA verəcək.
Oxşar xəbərlər
"Qarabağ"dan "Molde"nin UEFA-ya müraciəti ilə bağlı AÇIQLAMA
"UEFA ilə dünəndən yazışır, onların üstünə gedir və sübut eləməyə çalışırıq ki, bizdə problem yoxdur. Çalışırıq ki, rəqib buraya gəlsin". BAKU.WS xəbər verir ki...
