MOK-un vitse-prezidenti: "Bəzən federasiyalarda baş verənlərdən xəbərsiz oluruq"
"Komanda idman növlərinə nəzarəti artırmaq üçün Milli Olimpiya Komitəsinin (MOK) İcraiyyə Komitəsinin (İK) tərkibində yaradılacaq Ekspertlər Şurasına konkret kimlərin daxil ediləcəyi hələlik məlum deyil".
BAKU.WS xəbər verir ki, bu fikirləri MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə Oxu.Az-a deyib.
O bildirib ki, bəzən komanda idman növlərinin federasiyalarında baş verənlərdən MOK xəbərsiz olur:
"Olimpiya oyunlarında iştirak edən federasiyalarla daimi əlaqədəyik. Amma digərləri kənarda qalır. Ona görə də hər komanda idman növündə məşhur şəxslərdən birini Şuraya daxil edəcəyik. Bəzi hallarda federasiya daxilində baş verənlərdən xəbərsiz oluruq".
Ç.Hüseynzadə digər Azərbaycan təmsilçilərinin zədələnmiş olimpiya medalları haqqında da sualı cavablandırıb:
"Onlar medallarından razıdırlar. Hər biri ilə əlaqə saxladıq. Hidayət Heydərovla şəxsən danışdım. Zelim Kotsoyevlə də eynən. Onlar dedilər ki, problem yoxdur".
Qeyd edək ki, Azərbaycan idmançıları Paris Olimpiadasında 7 medal qazanıblar. Cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Alfonso Dominqeslə yanaşı, taekvondoçu Qaşım Maqomedov (58 kq) yalnız finalda uduzaraq gümüş medal əldə ediblər. Yunan-Roma güləşçilərindən Həsrət Cəfərov (67 kq), sərbəst güləşçilərdən isə Giorgi Meşvildişvili (125 kq) ilə Maqomedxan Maqomedov (97 kq) bürünc mükafata sahib çıxıblar.
H.Heydərov və M.Maqomedovdan başqa digər beş idmançının medalları keyfiyyətini itirib.
Bu gün isə MOK-un İK-nin iclasında Həsrət Cəfərov və Qaşım Maqomedova yeni Olimpiya medalları təqdim edilib.
Oxşar xəbərlər
Tahir Gözəl Müşahidə Şurasının sədri oldu
Azərbaycanın aparıcı sənaye qruplarından olan "Azərsun Holdinq"in idarəetməsində strateji dəyişiklik həyata keçirilib. BAKU.WS xəbər verir ki, Şirkətlər Qrupunu...