Miroslav Kloze: "Mahir Emreliyə ehtiyacım var, bunu dəfələrlə ona söyləmişəm"
![Miroslav Kloze: Mahir Emreliyə ehtiyacım var, bunu dəfələrlə ona söyləmişəm](https://baku.ws/storage/photos/uploads/thumbs/large/ciA68xJ12SfrjsM89FDo36583MJeEMdz2mLwziXR.webp)
Mənim Mahir Emreliyə ehtiyacım var. Bunu dəfələrlə ona söyləmişəm.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Almaniyanın "Nürnberq" komandasının baş məşqçisi Miroslav Kloze Azərbaycan millisinin futbolçusu haqqında danışarkən deyib.
46 yaşlı mütəxəssis II Bundesliqanın XXI turunda "Maqdeburq"a səfərdə qalib gəldikləri (4:3) görüşdə forvarda şans verməməsinə aydınlıq gətirib:
"Şənbə günü Mahir üçün asan olmadı. Bu səbəbdən onunla yenidən danışdım. Onunla daim əlaqə saxlayıram. Amma bu oyunçuya ehtiyacım var və mən bunu dəfələrlə ona söyləmişəm. Mahir bəzən qərarların onun əleyhinə deyil, başqası üçün verildiyini başa düşməlidir. 50 beynəlxalq oyun keçirib. Ona görə bunun onu narahat etməməsi yanlış reaksiya olardı".
Bundan əlavə, "Bild" nəşri Emrelinin klubdan ayrılacağını və Cənubi Koreyaya köçəcəyini iddia edir. Lakin hələlik bununla bağlı rəsmi təsdiqin olmadığı da vurğulanıb.
Qeyd edək ki, Mahir Emreli mövsümün əvvəlində "Nürnberq"ə transfer olunub.
Oxşar xəbərlər
Harri Keyn Çempionlar Liqasında unikal uğura imza atdı
"Bavariya"nın hücumçusu Harri Keyn Almaniya klubunun heyətində UEFA Çempionlar Liqasında ilk 20 oyununda birbaşa olaraq 20 qolda (15 qol və 5 məhsuldar ötürmə)...
![](/images/banners/placeholder_home_right_az.jpg)