Minifutbol üzrə dünya çempionatı - Fransa ilə Özbəkistan sülh bağladı
23
may
2025
15:05
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında daha bir oyun keçirilib.
BAKU.WS report-a istinadən xəbər verir ki, B qrupunun II turunda Fransa yığması Özbəkistan seçməsi ilə üz-üzə gəlib.
Milli Gimnastika Arenasındakı qarşılaşma qollu bərabərliklə başa çatıb - 3:3.
Fransızlar ilk görüşdə Çadı məğlub edib - 1:0. Özbəkistan millisi isə Rumıniyaya yenilib - 1:2.
Bu gün saat 16:30-da, B qrupunun Çad - Rumıniya qarşılaşması da baş tutacaq.
Qeyd edək ki, dünya çempionatı iyunun 1-də başa çatacaq.
Oxşar xəbərlər
Osimhen "Qalatasaray"ın yeni transferindən danışdı: "Möhtəşəm iş görüblər"
"Qalatasaray"ın hücumçusu Viktor Osimhen komandanın rusiyalı yarımmüdafiəçisi Aleksey Batrakovun transferini yüksək qiymətləndirib. BAKU.WS xəbər verir ki, nige...