Minifutbol millimiz üçün HƏLLEDİCİ GÜN - Çempionluq matçının saatı
Minifutbol üzrə Azərbaycan milli komandası bu gün Slovakiyada keçirilən Avropa çempionatının final oyununda meydana çıxacaq.
BAKU.WS xəbər verir ki, millimiz qitə çempionu adına həlledici görüşdə Ukrayna yığması ilə üz-üzə gələcək.
Avropanın maraqla gözlədiyi qarşılaşma "Tipos Arena"da təşkil olunacaq. Matç Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.
Azərbaycan yığması finala qədər uğurlu çıxışı ilə diqqət çəkib. Komandamız yarımfinal mərhələsində Serbiya seçməsi ilə qarşılaşıb. Oyunun əsas vaxtı 1:1 hesablı heç-heçə ilə yekunlaşsa da, penaltilər seriyasında millimiz rəqibini 3:1 hesabı ilə üstələyərək finala vəsiqə qazanıb.
Bundan əvvəl F qrupunda Avstriya (1:0), İtaliya (3:0) və Fransa (3:2) üzərində qələbələr qazanan Azərbaycan komandası pley-off mərhələsində də inamlı çıxışını davam etdirib. Yığmamız 1/8 finalda Qazaxıstanı 3:2 hesabı ilə məğlub edib, 1/4 finalda isə Çexiya komandasını 5:2 hesabı ilə mübarizədən kənarlaşdıraraq yarımfinala yüksəlib.
Oxşar xəbərlər
Azərbaycanın minifutbol millisi Avropa çempionatının finalına vəsiqə qazanıb
Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatının finalına vəsiqə qazanıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki, Elşad Quliyev...