Millimizin və "Neftçi"nin sabiq üzvü insult keçirdi
Azərbaycan millisinin sabiq futbolçusu Vadim Vasilyev xəsatəxanaya yerləşdirilib.
BAKU.WS Msport.az-a istinadən xəbər verir ki, buna səbəb veteran hücumçunun ötən həftənin sonunda insult keçirməsidir.
Hazırda reanimasiyada olan Vasilyevin vəziyyəti stabildir. Onun yaxın vaxtlarda palataya köçürüləcəyi gözlənilir.
Qeyd edək ki, Vadim Vasilyevin xəstəxana xərclərini AFFA qarşılayır. Belə ki, tanınmış futbolçunun vəziyyəti ilə bağlı əvvəlcə qurumun baş katibi Sərxan Hacıyevə məlumat verilib. Keçmiş forvard AFFA prezidenti Rövnəq Abdullayevin tapşırığı ilə isə özəl klinikaya yerləşdirilib.
Oxşar xəbərlər
Boks üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib
Kişi boksçular arasında Azərbaycan çempionatının qalibləri müəyyənləşib. “Report” xəbər verir ki, ölkənin müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin, i...