Millimizin heyətində dəyişiklik edilib
Yeniliklərdən dərhal xəbərdar olun
Oktyabrın 14-də və 16-da Daşkənddə Özbəkistanın müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoldaşlıq oyunu keçirəcək 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib.
BAKU.WS AFFA-nın saytına istinadən xəbər verir ki, qeyd olunan oyunlara hazırlıq məqsədilə oktyabrın 13-dək Bakıda təlim-məşq toplanışı keçəcək U-19-un heyətindən Rauf Hacıyev (“Rustavi”, Gürcüstan), Nihat Mehrəliyev ("Qarabağ") və Əsəd Əsədov (“Turan Tovuz”) çıxarılıblar.
Onların əvəzinə Əkbər Eybov (“Səbail”) və İbrahim İbrahimli (“Qarabağ”) düşərgəyə qoşulublar.
Qeyd edək ki, Bakı toplanışından sonra Özbəkistana gedəcək yekun heyət müəyyənləşəcək.
Oxşar xəbərlər
Ayaz Quliyev: “Azərbaycan mənim Vətənimdir və millidə oynamaq mənim üçün şərəf olar” - MÜSAHİBƏ
AFFA rəhbərliyi son beş-altı ildə Rusiya və Ukraynanın yüksək liqasında çıxış edən azərbaycanlı futbolçuların milliləşdirilməsinə nail olub. Bu gün əsas millini...