Millidə De Byazi ilə futbolçular arasında ilk narazılıq yaşandı
Yeniliklərdən dərhal xəbərdar olun
Sentyabrın 5-də UEFA Millətlər Liqasında ilk oyununa çıxacaq millinin avqustun 27-dən başlayan toplanışı davam edir.
BAKU.WS Sportinfo.az-a istinadla xəbər verir ki, artıq düşərgədə ilk narazılıq yaşanıb. Əksər futbolçular Canni De Byaziyə keçdiyi məşqlərdən şikayətlənib. Gündə 2 məşqə çıxan oyunçular həddən artıq «yüklənməyə» məruz qaldıqlarını və buna dözməyin çətin olduğunu bildirib.
Klubların heyətində Qəbələ toplanışı zamanı bu çalışmaları yerinə yetirdiklərini söyləyən komanda üzvləri Lüksemburqla matç öncəsi hazırlıq tempinin aşağı salınmasını istəyib. Amma italyan mütəxəssis bu xahişə məhəl qoymayıb. O, məşq proqramını fəsil və rəqibə uyğun tərtib etdiyini deyib.
Qeyd edək ki, Azərbaycan yığması UEFA Millətlər Liqasındakı ilk oyunlarını sentyabrın 5-də Bakıda Lüksemburq, sentyabrın 8-də isə səfərdə Kiprə qarşı keçirəcək.
Oxşar xəbərlər
Azərbaycan çempionatı və kuboku bu qaydalarla keçiriləcək - RƏSMƏN TƏSDİQLƏNDİ
Koronavirus pandemiyası səbəbindən martda dayandırılan 2019/20 mövsümünün Əsasnaməsinə əlavələr edilib. BAKU.WS xəbər verir ki, dəyişikliklər Peşəkar Futbol Liq...