Millətlər Liqası: Azərbaycan Estoniya millisinə məğlub olub

Azərbaycan yığması UEFA Millətlər Liqasında səfərdə Estoniya millisinə məğlub olub.
C Liqasının I qrupundakı qarşılaşmada yığmamız 1:3 hesabı ilə uduzub.
Tallində gerçəkləşən matçda hesabı meydan sahiblərindən 32-ci dəqiqədə İoan Yakovlev açıb. 45+ 1-ci dəqiqədə yığmamız hesaba tarazlıq gətirib. Toral Bayramov penalti zərbəsini dəqiq yerinə yetirib. Bununla belə, Estoniya fasiləyə üstün yollanmağı bacarıb. 45+2-ci dəqiqədə Vlasiy Sinyavski Mehdi Cənnətovun qoruduğu qapıya yol tapıb. Qarşılaşmada yekun hesabı 71-ci dəqiqədə fərqlənən Rokko Robert Şeyn təyin edib.
Qeyd edək ki, Fernandu Santuşun rəhbərlik etdiyi yığma Millətlər Liqasında növbəti oyununu oktyabrın 14-də Slovakiyaya qarşı keçirəcək. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq matç saat 20:00-da start götürəcək
***21:32
UEFA Millətlər Liqasının Estoniya - Azərbaycan matçında dördüncü qol vurulub.
C Liqasının I qrupunun görüşündə meydan sahibləri üstünlüklərini bir qədər də artırıblar - 3:1.
71-ci dəqiqədə Rokko Robert Şeyn fərqlənib.
***20:49
UEFA Millətlər Liqasının Estoniya - Azərbaycan matçında meydan sahibləri fasiləyə üstün yollanıb.
C Liqasının I qrupunun görüşündə Vlasiy Sinyavski yığmamızı cəzalandırıb - 2:1.
Bu qoldan sonra oyunda birinci hissə başa çatıb.
***20:46
UEFA Millətlər Liqasının Estoniya - Azərbaycan matçında hesab bərabərləşib.
C Liqasının I qrupunun görüşündə yığmamız hesaba tarazlıq gətirib - 1:1.
44-cü dəqiqədə Toral Bayramov penalti zərbəsini dəqiq yerinə yetirib.
***20:32
UEFA Millətlər Liqasının Estoniya - Azərbaycan matçında hesab açılıb.
C Liqasının I qrupunun görüşündə meydan sahibləri hesabda irəli çıxıb - 1:0.
32-ci dəqiqədə İoan Yakovlev fərqlənib.
***20:00
UEFA Millətlər Liqasının Estoniya - Azərbaycan matçına start verilib.
C Liqasının I qrupunun görüşü "A.Le Koq Arena"da keçirilir.
Qarşılaşmanı irlandiyalı FIFA referisi Robert Harvi idarə edir.
Oxşar xəbərlər
Toral Bayramov ikinci dəfə ata oldu
"Qarabağ" futbol klubunun üzvü Toral Bayramovun ailəsində sevinc yaşanıb – onun ikinci övladı dünyaya gəlib. Bu xoş xəbəri futbolçunun həyat yoldaşı Nəzrin Bayr...
