Meydanın donması səbəbindən İngiltərə klublarının oyunu təxirə salınıb
Yeniliklərdən dərhal xəbərdar olun
İngiltərə FA Kubokunun III turunda keçirilməli olan "Salford City" – "Svindon" oyunu ləğv edilib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə "Salford City" klubunun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, görüş yanvarın 10-da keçirilməli idi, lakin meydanın donması matçın baş tutmasına imkan verməyib.
Klubun açıqlamasında qeyd olunur ki, son iki həftə ərzində hava temperaturunun sıfır dərəcədən aşağı düşəcəyi nəzərə alınaraq meydança örtülüb, həmçinin həftə boyunca qızdırıcılardan istifadə olunub.
Buna baxmayaraq, stadionun ot örtüyünün bəzi hissələri buzlu vəziyyətdə qalıb. Oyunçuların təhlükəsizliyini təmin etmək məqsədilə qərar İngiltərə Futbol Assosiasiyası (FA) və "Svindon" klubu ilə birgə qəbul edilib.
Tərəflər matçın keçirilməsi üçün yeni tarix müəyyənləşdirmək istiqamətində danışıqları davam etdirir. Azarkeşlər bu barədə daha sonra məlumatlandırılacaqlar.
Qeyd edək ki, FA Kubokunun üçüncü tur oyunları yanvarın 9-dan 12-dək keçirilməlidir.
Oxşar xəbərlər
Sumqayıtda cüdo üzrə Abşeron-Xızı birinciliyi təşkil olunacaq
Oktyabrın 30-da Sumqayıt Olimpiya İdman Kompleksində U-20 gənclər arasında cüdo üzrə Abşeron-Xızı birinciliyi təşkil olunacaq. Bu barədə BAKU.WS-ə Azərbaycan Cü...