Messi Türkiyəyə gedir
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyə və Argentina millilərinin zəlzələdən zərərçəkənlər üçün xeyriyyə kampaniyası çərçivəsində Qaziantep şəhərində yoldaşlıq oyunu keçirməsi gündəmə gəlib.
BAKU.WS "Haber Golabl"a istinadən xəbər verir ki, ilk danışıqlar müsbət nəticə verib və Argentinanın dünya şöhrətli ulduzu Lionel Messinin müsabiqəyə icazə veriləcəyi təqdirdə Türkiyəyə gələcəyi gözlənilir.
Türkiyə Böyük Millət Məclisinin Latın Amerikası və Karib hövzəsi Parlamentinin Türkiyə nümayəndə heyətinin rəhbəri Əli Şahin, "Zəlzələ qurbanlarının əziyyətini yüngülləşdirmək üçün keçirilməsi planlaşdırılan Türkiyə-Argentina matçı həm də Argentina ilə Türkiyə arasındakı münasibətlərə və xalqların yaxınlaşması prosesinə çox mühüm töhfə verəcək", - deyə açıqlamasında bildirib.
Şahin Türkiyə və Argentina milli komandalarının tarixdə daha əvvəl heç bir matç keçirmədiyini də qeyd edib.
Oxşar xəbərlər
Argentina millisi üçqat dünya çempionu olub - YENİLƏNİB
Qətərdə keçirilən futbol üzrə dünya çempionatının qalibi bəlli olub. Finalda Fransa yığmasını məğlub edən Argentina millisi üçqat dünya çempionu olub. Hesabı 23...