Messi Səudiyyə Ərəbistanı ilə tətil müqaviləsi imzaladı - Detallar

Messi Səudiyyə Ərəbistanı ilə tətil müqaviləsi imzaladı - Detallar
İdman 88

PSJ forması ilə mövsümü Liqa 1 çempionluğu ilə başa vuran və keçən ay ABŞ-nin “İnter Mayami” klubuna transfer olan Lionel Messi Səudiyyə Ərəbistanı ilə tətil müqaviləsi imzalayıb.

BAKU.WS xəbər verir ki, Səudiyyə Ərəbistanının turizm səfirinin təşəbbüsü ilə Messi və ailəsi 3 il bu ölkəyə tətilə gəlməlidir.

Messi ölkəni tanıtmaq üçün sosial şəbəkələrdəki paylaşımlarına görə 25 milyon dollar qazanacaq.

Məlumata görə, Lionelin 2022-ci ilin may ayında Səudiyyə Ərəbistanına səfəri nazirliklə əməkdaşlığının başlanğıcı olub. O, həmin vaxt paylaşdığı fotodan sonra 2 milyon dollar qazanıb.

Müqaviləyə aşağıdakı maddələr daxildir:

- İldə ən azı beş gün istirahət və ya hər 2 ildən bir hər biri 3 gün olmaqla məzuniyyət üçün 2 milyon dollar veriləcək. Bundan əlavə, Messi və 20-yə yaxın ailə üzvünün beşulduzlu oteldə qalma xərcləri ölkə hökuməti tərəfindən qarşılanacaq.

- Futbolçu tətildən əlavə Səudiyyə Ərəbistanını tanıtmaq üçün ildə 10 dəfə sosial media hesabında paylaşım edəcək və bunun müqabilində 2 milyon dollar alacaq.

- Xeyriyyəçilik və ictimaiyyətlə əlaqələr üçün 2 milyon dollar veriləcək.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər