Messi: Özümü "Barselona"ya aid hiss edirəm, qayıtmağı düşünürük

"İnter Mayami"nin argentinalı hücumçusu Lionel Messi Barselonadakı həyatı ilə bağlı xatirələrini bölüşüb.
BAKU.WS xəbər verir ki, bu barədə italiyalı jurnalist Fabrizio Romano sosial şəbəkə hesabında yazıb.
"Övladlarım orada doğulub. Mən bütün həyatım boyu Barselonada yaşamışam. Mən ona aid olduğumu hiss edirəm. Ailəm və mən bir gün orada yaşamaq üçün qayıtmağı düşünürük. Uşaqlarım, həyat yoldaşım və mən Barselonadakı həyat üçün çox darıxırıq", - deyə jurnalist Messinin sözlərini sitat gətirib.
Xatırladaq ki, Messinin klub karyerası İspaniya komandasında başlayıb: "Barselona" ilə hücumçu 10 İspaniya çempionluğu, səkkiz İspaniya Superkuboku, üç UEFA Kuboku və üç dəfə klublararası dünya çempionatının qalibi olub. Messi İspaniya çempionatının, "Barselona", "İnter Mayami"nin və Argentina millisinin tarixinin bombardiridir.
Oxşar xəbərlər
"Neftçi" yoxlama oyununda bərabərə qalıb
Təlim-məşq toplanışını Polşada davam etdirən "Neftçi" növbəti yoxlama matçını keçirib. BAKU.WS xəbər verir ki, Bakı klubu yerli "Termalika" komandası ilə üz-üzə...