Messi "İnter Mayami"nin heyətində bu tarixdə meydana çıxacaq

Messi İnter Mayaminin heyətində bu tarixdə meydana çıxacaq
İdman 69

Amerika Birinci Futbol Liqasının (MLS) "İnter Mayami" klubunun sahibi Jorge Mas bildirib ki, onların yeni transferi Lionel Messi iyulun 21-də debüt edə bilər.

BAKU.WS "NTV Spor"a istinadən xəbər verir ki, Mas ABŞ-nin "Miami Herald" qəzetinə verdiyi açıqlamada Messinin Meksikanın "Cruz Azul" komandası ilə qarşılaşacağı 2023 Liqalar Kubokunun qrup mərhələsinin ilk oyununda meydana çıxmağı planlaşdırdığını bildirib.

MLS və Meksika Birinci Liqa (Liqa MX) komandalarının iştirak etdiyi Liqalar Kuboku bu il iyulun 21-dən avqustun 19-dək keçiriləcək.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər