Messi İspaniyada yanğınlardan zərər çəkən bölgəyə 80 min avro ianə etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Argentina millisinin və ABŞ-nin "İnter Mayami" klubunun ulduz futbolçusu Lionel Messi İspaniyada meşə yanğınlarından zərər çəkən bölgənin bərpasına maliyyə yardımı göstərib.
BAKU.WS xəbər verir ki, Messi Madrid Muxtar İcmasına daxil olan Sierra Oeste de Madrid bölgəsinin bərpası üçün 80 min avro ianə edib.
Bu barədə Madrid Muxtar İcmasının prezidenti İsabel Dias Ayuso sosial şəbəkə hesabında məlumat verib.
"Leo Messi Sierra Oeste de Madrid bölgəsinin bərpası üçün 80 min avro ianə edib. Ona təşəkkür edirəm. Madrid sakinləri onu layiq olduğu alqışlarla qarşılamağı səbirsizliklə gözləyirlər", - deyə Ayuso paylaşımında bildirib.
Qeyd edək ki, bu il keçirilən futbol üzrə dünya çempionatında Lionel Messinin kapitanı olduğu Argentina millisi finala yüksəlsə də, həlledici görüşdə İspaniyaya məğlub olaraq turniri ikinci pillədə başa vurub.
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...