Messi futbolçu karyerasını nə vaxtadək davam etdirəcəyi sualına aydınlıq gətirib

Messi futbolçu karyerasını nə vaxtadək davam etdirəcəyi sualına aydınlıq gətirib
İdman 0

Argentina yığma komandası və "İnter Mayami" klubunun hücumçusu Lionel Messi futbolçu karyerasını nə qədər davam etdirəcəyini açıqlayıb.

BAKU.WS-in məlumatına görə, "Qızıl top"un son sahibi hələ uzun müddət futbol oynamaq istədiyini bildirib.

"Çox uzun müddət. Baxaq görək mən özümü fiziki necə hiss edəcəyəm. Tarix qeyd edə bilmərəm. Hər şey günbəgün dəyişir. Ancaq mən ümid edirəm ki, karyeram hələ uzun müddət davam. Gördüyüm işi bəyənirəm", - deyə Messi vurğulayıb.

Qeyd edək ki, Lionel Messi son "Qızıl top" mükafatı da daxil olmaqla prestijli trofeyi səkkiz dəfə əldə edib. O, 2009, 2010, 2011, 2012, 2015, 2019, 2021 və 2023-cü illərdə bu mükafata sahib çıxıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər