Messi: “DÇ-də son oyunumu keçirəcəm”

Messi: “DÇ-də son oyunumu keçirəcəm”
İdman 116

"Dünya çempionatındakı yolumu finalda başa vurduğum üçün, finalda son oyunu oynadığım üçün çox xoşbəxtəm".

BAKU.WS xəbər verir ki, bunu Argentina millisinin kapitanı Lionel Messi deyib.

O, Qətərdə keçirilən mundialın finalının son matçı olacağını bildirib:

"Finalda son oyunumu keçirməklə dünya çempionatlarında çıxışlarımı tamamlayacağam. Növbəti dünya çempionatında oynaya biləcəyimi düşünmürəm. Belə bitirmək gözəldir".

Qeyd edək ki, 35 yaşlı Forvard 2006-cı ildən bəri 5 dünya çempionatında iştirak edib. Onun dünya çempionatında 11 qol və 9 məhsuldar ötürməsi var.

Xatırladaq ki, Xorvatiya seçməsini 3:0 hesabı ilə məğlub edən Argentina yığması dekabrın 18-də keçiriləcək final matçına vəsiqə qazanıb. Cənubi Amerika təmsilçisinin rəqibi bu gün Fransa ilə Mərakeş arasında baş tutacaq yarımfinal görüşündə müəyyənləşəcək.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər