Messi bu hərəkətinə görə cəzalandırıla bilər
"İnter Mayami"nin argentinalı hücumçusu Lionel Messi MLS-in "Filadelfiya" ilə oyunundan sonra cəzalandırıla bilər.
BAKU.WS xəbər verir ki, matçın gedişində Messi "Filadelfiya"nın futbolçusu Kuin Sallivana üz nahiyəsindən zərbə vurub.
Maraqlıdır ki, hakim bu epizod zamanı argentinalı futbolçuya sarı vərəqə göstərməyib.
🚨🚨| JUST IN: Lionel Messi tapped Quinn Sullivan on the back of the neck before confronting him head-on.
— CentreGoals. (@centregoals) August 20, 2026
This action will now be evaluated by the Disciplinary Committee.
[@Jarm21] pic.twitter.com/nKRRYjif2b
Messinin son günlərdə yaşadığı ilk insident də bu deyil. Avqustun 16-da MLS-in müntəzəm çempionatında "Neşvill"ə 1:4 hesabı ilə məğlub olduqları oyundan sonra argentinalı hücumçu hakimlərin qərarlarından narazılığını ifadə edib.
Messi rəqib komandanın üçüncü qolundan əvvəl baş verən epizodda yıxılmasına hakimin reaksiya verməməsindən narazı qalıb. Buna görə o, hakimə etiraz edib və xəbərdarlıq alıb. Ardınca argentinalı futbolçu istehzalı şəkildə əl çalıb. Qarşılaşmanın final fitindən sonra isə Messi hakim Fişerin yanından keçərkən ona baxaraq söyüş söyüb.
Oxşar xəbərlər
Azərbaycanın iki qadın güləşçisi U-20 dünya çempionatında finala yüksəlib
Azərbaycanın 2 qadın güləşçisi Slovakiyanın paytaxtı Bratislavada keçirilən U-20 dünya çempionatının finalına yüksəlib. BAKU.WS xəbər verir ki, Günay Qurbanova...