Messi "Barselona"da yeni rekorda imza atdı

Messi Barselonada yeni rekorda imza atdı
İdman 282

Katalon "Barselona"sının hücumçusu Lionel Messi klubda La Liqa matçlarının sayına görə yeni rekorda imza atıb.

BAKU.WS “report”a istinadən xəbər verir ki, futbolçu "Kadis"lə oyunda meydançaya çıxıb. Bu, hücumçunun 506-cı görüşü olub. Messi həmin göstərici üzrə Xavini qabaqlayıb. Sonuncu 505 matçda iştirak edib.

Messi İspaniya çempionatında birinci oyununu 2004-cü ilin oktyabrında “Union Espanyola”ya qarşı keçirib.

Hücumçu bundan əvvəl Çempionlar Liqasında (ÇL) da yeni nailiyyətə imza atıb. Argentinalı hücumçu Avropanın ən nüfuzlu klub turnirində ardıcıl 17-ci təqvim ilində fərqlənməyi bacarıb.

34 yaşlı forvard 2021-ci ildə ÇL-də ilk qolunu evdə Fransa PSJ-si ilə 1/8 final mərhələsinin ilk oyununda vurub. Kapitan 27-ci dəqiqədə penaltini dəqiq yerinə yetirib. Beləliklə, o, 2005-ci ildən başlayaraq, hər il rəqib komandaları məyus edib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər