Messi 500-ə çatdı - Növbəti rekord

Messi 500-ə çatdı - Növbəti rekord
İdman 489

Dünən İspaniya Kubokunun 1/8 final matçı çərçivəsində “Barselona” “Leqanes”i 5:0 hesabı ilə məğlub edib.

BAKU.WS xəbər verir ki, bu oyun Messi üçün əlamətdar olub.

Belə ki, argentinalı ulduz “Barselona” heyətində 710-cu oyununda 500-cü qələbəsini qazanıb.

Messi bu matçlarda ümumilikdə 622 qol vurub və 241 məhsuldar ötürmə edib.

Qeyd edək ki, İspaniyada qələbəyə ən çox sevinən futbolçular siyahısında ikinci pillədə 482 qələbə ilə Xavi, üçüncü pillədə isə 463 qələbə ilə Andres İnyesta yer alır.

"Barselona" - "Leqanes" - 5:0

Qollar: Qrizmann, 4, Lenqle, 28, Messi, 59, 89, Artur, 77

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər