Məşhur futbolçu milyon yarımlıq avtomobillə qəza törətdi - FOTO/VİDEO

Məşhur futbolçu milyon yarımlıq avtomobillə qəza törətdi - FOTO/VİDEO
Foto Video
İdman 0

"Mançester Yunayted"in və İngiltərə millisinin futbolçusu Markus Reşford İngiltərə çempionatında "Börnli" ilə matçdan sonra qəzaya düşüb.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, bu barədə "The Sun" yazır.

Hadisə 25 yaşlı futbolçu klubun məşq bazasından çıxarkən baş verib. O, yoldakı sütuna çırpılaraq onu aşırıb.

Reşford 700.000 funt sterlinq (təxminən 1,5 milyon manat) dəyərində olan "Rolls Royce" avtomobilini idarə edib.

Mənbə bildirir ki, futbolçunun özü hadisədən şoka düşsə də, qəza nəticəsində xəsarət almayıb.

Qeyd olunur ki, maşına ciddi ziyan dəyib.

Görüntüləri təqdim edirik:

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər