Mersedes Uoker: Parisdə hər oyunun çətin mübarizə olacağını bilirdik
“Paris Olimpiya Oyunlarına gələndə kiminlə oynayacağımızı və hər oyunun çətin mübarizə olacağını bilirdik”.
Bu sözləri “Report”a Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisinin üzvü Mersedes Uoker deyib.
Onun sözlərinə görə, basketbolda qalib gəlmək üçün komanda işi lazımdır:
“Qalib gəlmək üçün qüvvələrimizi birləşdirməliyik. Bu səviyyə basketbolda ən yüksək pillədir və qalib olmaq üçün həqiqətən çox çalışmalısan. Kanadadan olan komanda sadəcə əladır. Eyni sözləri Çin komandası haqqında da demək olar. Biz əla komandalarla oynayacağıq və əla performans göstərmək üçün çox çalışacağıq”.
Oxşar xəbərlər
Azərbaycan Güləş Federasiyasının rəsmisi: Hər iki komandadan gözləntilər böyük idi - MÜSAHİBƏ
Aprelin 5-7-si aralığında Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirində Azərbaycanın 5 sərbəst güləşçisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qaz...