Meksikada futbolçu oyun zamanı öldü

Meksikada futbolçu oyun zamanı öldü
İdman 137

Meksikanın Oaxaka ştatının Santa-Lusia del Kamino şəhərində həvəskarlar liqasında keçirilən futbol oyunu zamanı insident yaşanıb.

BAKU.WS "Haber Global"a istinadla xəbər verir ki, matçda 45 yaşlı futbolçu Raul Reyes qəfil yerə yıxılıb.

Meydanda olan digər futbolçular onun köməyinə qaçıblar. Həkim briqadası dərhal meydana daxil olaraq müdaxilə edib.

Lakin futbolçunun həyatını xilas etmək mümkün olmayıb. O, infarkt keçirərək dünyasını dəyişib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər