Mehriban Əliyeva yenidən Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib

Mehriban Əliyeva yenidən Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib
İdman 100

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva növbəti dəfə Azərbaycan Gimnastika Federasiyasının (AGF) prezidenti vəzifəsinə seçilib.

BAKU.WS Trend-ə istinadən xəbər verir ki, Milli Gimnastika Arenasında "AGF" İctimai Birliyinin 11-ci Ümumi iclası və AGF İcraiyyə Komitəsinin 37-ci iclası keçirilir. AGF Əsasnaməsinə uyğun olaraq ümumi iclas hesabat-seçki xarakteri daşıyıb.

Keçirilmiş səsvermə nəticəsində Mehriban Əliyeva növbəti beş il ərzində Azərbaycan Gimnastika Federasiyasının prezidenti (İcraiyyə Komitəsinin sədri), Altay Həsənov isə AGF-nin vitse-prezidenti (İcraiyyə Komitəsinin sədr müavini) vəzifəsinə yenidən seçilib.

Bundan başqa, Milli Məclisin deputatı Rauf Əliyev, Heydər Əliyev adına İdman-Konsert kompleksinin direktoru Rafiq Behbudov və bədii gimnastika üzrə Azərbaycan milli komandasının baş məşqçisi Mariana Vasileva növbəti beş il ərzində yenidən İcraiyyə Komitəsinin üzvləri seçilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər