Mehmet Topal futbolçu karyerasına son qoydu

Mehmet Topal futbolçu karyerasına son qoydu
İdman 59

Türkiyə millisinin sabiq futbolçusu Mehmet Topal karyerasını başa vurub.

BAKU.WS Türkiyə mediasına istinadla xəbər verir ki, ən son "Beşiktaş" futbol klubunda çıxış edən milli futbolçu Mehmet Topal 36 yaşında aktiv futbol karyerasına son qoyub.

36 yaşlı təcrübəli yarımmüdafiəçi karyerası ərzində ümumilikdə 563 rəsmi oyuna çıxıb, 38 qol vurub, 33 məhsuldar ötürmə edib. "Qalatasaray", "Fənərbağça" və "Medipol Başakşehir"də çempionluq qazanan və eyni liqada üç fərqli komanda ilə çempion olan ilk və yeganə türk futbolçu kimi tarixə damğasını vurub.

Mehmet Topal 13 dəfə Türkiyənin U-21 üçün, 81 dəfə əsas milli komandası üçün olmaqla cəmi 94 dəfə ay-ulduzlu forma ilə yarışıb. Topal avrokuboklarda ən çox oynayan türkiyəli futbolçu ünvanına da sahibdir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər