MDB Oyunları: Azərbaycanın dörd karateçisi finala yüksəlib
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan karateçiləri Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında mübarizəyə başlayıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, kata yarışlarında Həsənəli Həsənov finala yüksəlib. Kumitedə isə İnci Əzizova (50 kq), Əminağa Quliyev (60 kq) və Osman Osmanlı (+84 kq) həlledici görüşdə iştirak hüququna yiyələnib.
Bundan başqa katada Ceyhun İsmayılov, kumitedə Mədinə Sadıqova (55 kq), Alika Semihova, Zəhra Allahverdiyeva (hər ikisi 68 kq), Sultan Hüseynov (60 kq), Nuran Rzazadə (67 kq), Fərid Ağayev (75 kq), Abbas Dadaşov, Hüseyn Hüseynzadə (hər ikisi 84 kq) bürünc medal görüşünə çıxacaqlar.
Qarşılaşmalar sentyabrın 11-də keçiriləcək.
Oxşar xəbərlər
Qran-pri: Sərbəst güləşçilərimiz 5 medal qazandı
Azərbaycan sərbəst güləşçiləri Fransanın Nitsa şəhərində keçirilən Henri Deqlan Qran-prisində 5 medal qazanıb. "Report"un məlumatına görə, medallardan 2-si gümü...