Mbappe Anri və Zidanı geridə qoydu
Yeniliklərdən dərhal xəbərdar olun
"Real Madrid"in və Fransa millisinin hücumçusu Kilian Mbappe yığmanın tarixində assistlər üzrə ikinci yeri tutub.
BAKU.WS xəbər verir ki, bu barədə "Opta Sport" məlumat yayıb.
Mənbənin məlumatına görə, Mbappenin Lüksemburq millisi ilə yoldaşlıq görüşündə (3:0) Randal Kolo Muaniyə ötürməsi Mbappenin yığmanın heyətində 27-ci məhsuldar ötürməsi olub.
Bu göstəricidə 25 yaşlı fransız əfsanəvi Tyerri Anri və 26 məhsuldar ötürmə ilə Zinəddin Zidanı geridə qoyub.
Fransa millisinin matçlarında ən çox məhsuldar ötürmə edən yeganə şəxs 30-la Antuan Qrizmandır.
Xatırladaq ki, Fransa millisi 2024-cü ildə Almaniyada keçiriləcək Avropa çempionatında iştirak edəcək. Turnir iyunun 14-dən iyulun 14-dək keçiriləcək. Fransa AVRO-2024-də B qrupunda Polşa, Avstriya və Hollandiya ilə mübarizə aparacaq.
Oxşar xəbərlər
Mbappe "Real Madrid"də fantastik məbləğ qazanacaq
PSJ-nin hücumçusu Kilian Mbappenin yayda "azad agent" statusu ilə "Real Madrid"ə transferi 450 milyon avroya başa gələcək. BAKU.WS-in xəbərinə görə, bu barədə "...