Mayk Tayson növbəti döyüşünün tarixini açıqlayıb

18
mar
2021
22:49
Ağır çəkidə boks üzrə keçmiş dünya çempionu Mayk Tayson növbəti döyüşünün vaxtını açıqlayıb.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, amerikalı döyüşçü mayın 29 və ya 31-də Mayamidə yenidən rinqə çıxacağını bildirib.
“Dəmir Mayk” rəqibinin kim olacağına aydınlıq gətirməyib.
Xatırladaq ki, Taysonun son döyüşü ötən ilin noyabr ayında baş tutub. O, yarımağır çəkidə keçmiş dünya çempionu Roy Cons ilə yurmuqlaşıb. Səkkiz raundluq qarşılaşma heç-heçə ilə başa çatıb.
Qeyd edək ki, 54 yaşlı Taysonun hesabında 58 peşəkar boks döyüşü var. O, bu döyüşlərdən 50-də qələbə qazanıb.
Oxşar xəbərlər
Məhəmmədrəsul Məcidov: "Coşua mənimlə döyüşməyə maraq göstərdi"
Azərbaycanlı boksçu Məhəmmədrəsul Məcidov Sputnik britaniyalı Tom Litlla (Tom Little) olan təkbətək döyüşündən və dünya çempionu Entoni Coşua ilə görüşündən dan...