Mayk Tayson illər sonra yenidən rinqə çıxacaq - FOTO
Əfsanəvi boksçu Mayk Tayson və Ceyk Pol iyulun 20-də Texas ştatının Arlinqton şəhərindəki AT&T Stadiumunda üz-üzə gələcək.
BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, döyüş Texasın Lisenziyalaşdırma və Tənzimləmə Departamenti tərəfindən rəsmi peşəkar boks görüşü kimi tanınıb.
Bu o deməkdir ki, döyüşün nəticəsi hər iki boksçunun peşəkar karyera rekordlarında əks olunacaq.
57 yaşlı Mayk Tayson peşəkar boksdakı son görüşünü 2003-cü ildə Klifford Etiennə qarşı keçirib. Karyerasında 50 qələbə qazanan Tayson 2004-cü ildə Denni Vilyams və 2005-ci ildə Kevin Makbrayda məğlub olduqdan sonra rinqlə vidalaşıb.
İyulda rinqə çıxanda 58 yaşı olacaq Tayson karyerasının 57-ci matçında döyüşəcək. 27 yaşlı Ceyk Polun peşəkar boks karyerasında 9 qələbə və 1 məğlubiyyət var.
Tommy Furyyə qarşı son məğlubiyyətindən sonra karyerasını yönləndirən Paul keçmiş UFC ulduzları Tyron Woodley, Ben Askren, Anderson Silva və Neyt Diaz kimi adlara qarşı qazandığı qələbələrlə adından söz etdirib.
Mayk Tayson və Ceyk Pol arasındakı bu döyüş boks tarixində ən böyük yaş fərqinə malik olacaq. İkili arasındakı 31 yaş fərqi 1963-cü ildə Archie Moore (49) və Mike DiBiase (25) arasındakı 24 yaş fərqini keçəcək.
Texasın Lisenziyalaşdırma və Tənzimləmə Departamenti tərəfindən təsdiqlənmiş bu peşəkar boks görüşü 8 raunddan ibarət olacaq və hər raund 2 dəqiqə davam edəcək.
Netflix tərəfindən canlı yayımlanacaq bu döyüş platformanın boks sahəsində ilk cəhdi olacaq.
Oxşar xəbərlər
UFC-də döyüşməyə hazırlaşan azərbaycanlı: "Həbib mənə çox kömək etdi" - FOTO/VİDEO
Ötən gün ABŞ-da yaşayan həmyerlimiz, qarışıq döyüş növləri üzrə idmançı Hüseyn Əliyev Texas ştatının Hyuston şəhərində keçirilən həlledici turnirdə qələbə qazan...