Mauro İkardi Super kubok matçında oynayacaq?
"Qalatasaray"ın baş məşqçisi Okan Buruk Mauro İkardinin son durumu ilə bağlı məlumat verib.
BAKU.WS bu barədə Türkiyə mediasına istinadən xəbər verir.
İkardinin liqada oynadığı derbidə aldığı zədələrdən sınıqlarının olduğunu bildirən Buruk hücumçu haqqında bunları deyib:
"O, maska ilə meydanda olmaq istəyir".
Buruk argentinalı hücumçunun da burnunda problem olduğunu bildirib.
Təcrübəli mütəxəssis İkardinin dünənki məşqdə iştirak etdiyini və futbolçu ilə bağlı yekun qərarın bu gün həkimlərin son yoxlamasından sonra veriləcəyini bildirib.
Argentinalının bu axşam keçiriləcək Super kubok matçında meydana çıxacağı gözlənilir.
Qalereya
Oxşar xəbərlər
"Qalatasaray"da İkardi həyəcanı: Okan Buruk narahatdır
"Qalatasaray"ın baş məşqçisi Okan Buruk "Fənərbağça" ilə derbi öncəsi Mauro İkardinin formada olmamasına qarşı tədbir görməyə çalışır. BAKU.WS Türkiyə mediasına...